FİDE prezidenti Arkadi Dvorkoviç Dinq Lirenlə Yan Nepomnyaşini Buxarestdə keçirilən “Grand Chess Tour” turnirində iştirakına görə məzəmmət edib. Sport24.az xəbər verir ki, rusiyalı funksioner Astanada keçirilən Şahmat Tacı uğrunda görüşdən sonra onların bir qədər istirahət etməli olduğunu düşünür: “Lirenlə Nepomnyaşi Şahmat Tacı uğrunda turniurdə iştirakdan bir həftə sonra Buxarestə yollandılar. Təbii ki, orda da bərbad nəticə ilə yadda qaldı. Fikrimcə, bu turnirdə iştirak etmək yanlış qərar idi. Amma yenə də məsuliyyəti özləri daşıyır. Onlar maksimum dərəcədə yaxşı çıxış etməyə çalışdılar. Di gəl ki, gücləri tükənmişdi. Ümid edirəm ki, qarşıdakı turnirlərdə rəqabətədavamlı olacaqlar”.

Xatırladaq ki, Buxarestdə 10 şahmatçının iştirak etdiyi turniri Liren 8-ci, Nepomnyaşi isə 9-cu sırada başa vurub.