Fransalı qrossmeyster Əlireza Firuzja "Sinquefield Cup 2024" sürətli şahmat turnirinin qalibi olub. Sport24.az xəbər verir ki, beləliklə də o, "Grand Chess Tour" seriyasının ümumi sıralaması üzrə qələbə qazanıb.
"Grand Chess Tour"un yekun cədvəlini sizə təqdim edirik:
Əlireza Firuzja (Fransa) – 43,58 xal.
Fabiano Karuana (ABŞ) – 36,75.
Maksim Vaşye-Laqrav (Fransa) – 27.33.
Vesli So (ABŞ) – 25,83.
Rameşbaba Praqnanandha (Hindistan) – 22.25.
Qukeş Dommaraju (Hindistan) – 19.25.
Yan Nepomnyaşiy (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan) – 12.
Aniş Giri (Niderland) – 12.
Əlireza Firuzja "Grand Chess Tour"da çempionluğa görə 323 750 dollar qazanıb.