Şahmat üzrə Şarjah Masters turnirində VIII tura yekun vurulub.

Sport24.az xəbər verir ki, şahmatçılarımız turu qələbəsiz başa vurublar.

Yığmanın lideri Teymur Rəcəbovla liderlər qrupunda yer alan Aydın Süleymanlı heç-heçə oynayıblar. Məhəmməd Muradlı ilə Eltac Səfərli isə məğlub olublar.

Bu nəticələrdən sonra Aydın 5,5 xalla 5-ci pilləyə yüksəlib. O, liderlərdən yarım xal geri qalıb. Məhəmməd 4,5 xalla 15-ci, Teymur 4 xalla 40-cı, Eltac isə 3,5 xalla 55-cidir.

Şarjah Masters, VIII tur
Amin Tabatabaei (İran) – Aydın Süleymanlı – 0,5:0,5
Parham Maqsudlu (İran) – Məhəmməd Muradlı – 1:0
Teymur Rəcəbov – Feliks Blohberger (Avstriya) – 0,5:0,5
Samuel Sevian (ABŞ) – Eltac Səfərli – 1:0