Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha 2 medal qazanıb. Sport24.az xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.

İkiqat paralimpiya çempionumuz yamaykalı Teador Subba ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmada özbəkistanlı Şirin Şaripovla qarşılaşıb. Zəkiyev qələbə qazanaraq bürünc medalın sahibi olub. Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub.

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova isə yarımfinal görüşünə çıxıb. +70 kq çəkidə mübarizə aparan idmançımız Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib. Rəqibinə qalib gələn Kərimova finala yüksəlib. Kərimova həlledici görüşdə qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib. Bu, Azərbaycanın 9-cu qızıl medalı olub.