ABŞ komandası finala vəsiqə qazanarsa, ABŞ prezidenti Donald Tramp Milan Olimpiya Oyunlarında kişilər arasında xokkey turnirinin həlledici matçını canlı izləməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp fevralın 22-də "Santa Giulia Arena"da keçiriləcək oyuna gələ və sonra Veronada bağlanış mərasimində iştirak edə bilər. Onun fevralın 20-də gəlişi də istisna olunmur.
Qeyd edək ki, qrup mərhələsindən sonra ABŞ komandası birbaşa dörddəbir finalına yüksəlib. Komanda bu mərhələdə İsveç-Latviya matçının qalibi ilə üz-üzə gələcək.