Tokio-2020 Yay Olimpiya Oyunlarında basketbol üzrə olimpiya çempionu məlum olub. Sport24.az xəbər verir ki, bu titula ardıcıl 4-cü dəfə ABŞ millisi sahib çıxıb.

Belə ki, "Arzular komandası" finalda Fransa yığmasını 87:82 hesabı ilə məğlub edib. 

Maraqlıdı ki, Avropa təmsilçisi 2000-ci ildən sonra ilk dəfə Olimpiadanın finalında oynayıb. Ən maraqlısı odur ki, ransızlar həmin turnirdə də məhz ABŞ-a uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada bu gün Sloveniya və Avstraliya komandaları üz-üzə gələcək. Qadınların yarışında isə finalda ABŞ Yaponiya ilə, bürünc medal duelində Fransa Serbiya ilə görüşəcək.