Paris-2024-ə qatılacaq kişilər arasında basketbol yığmalarının adları dəqiqləşib. Sport24.az xəbər verir ki, bu, təsnifat mərhələsinin yekununda müəyyənləşib.

 

İspaniya həlledici görüşdə Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan Xorvatiyanı (80:69), Puerto Riko isə Litvanı (79:68) məğlub edib.

 

Beləliklə, İspaniya, Braziliya, Yunanıstan və Puerto Riko olimpiadada iştirak etmək hüququ qazanıb. 

A qrupunda Avstraliya, Kanada, Yunanıstan və İspaniya, B-də Braziliya, Fransa, Almaniya və Yaponiya, C qrupunda isə ABŞ, Serbiya, Puerto Riko və Cənubi Sudan mübarizə aparacaq.

 

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında basketbol yarışı iyulun 27-dən avqustun 11-dək keçiriləcək.