Tokio-2020 Yay Olimpiya Oyunlarında 50 kq çəki dərəcəsində fərqlənən qadın güləşçilər mükafatlandırılıb. Sport24.az xəbər verir ki, medalçılar sırasında Azərbaycan təmsilçisi Mariya Stadnik də yer alıb.

Belə ki, 33 yaşlı idmançımız bürünc medal qazanıb. Bu, Stadnikin 4-cü OLimpiya medalı olub.