Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası IV İslam Həmrəylik Oyunlarının qalibi olub. Sport24.az xəbər verir ki, finalda qızlarımız Türkiyə yığmasını məğlub ediblər.

İlk setdə 25:12 qalib gələn Faiq Qarayevin yetirmələri növbəti partiyada uduzublar – 23:25. Lakin sonradan toparlanmağı bacaran qızlarımız 25:20 və 25:21 hesablı qələbələrlə çempion titulunu əldə ediblər.