Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında cüdo üzrə kişilərin mübarizəsində milli komandamız daha bir medal qazanıb. Sport24.az xəbər verir ki, Kənan İsmayılov, Rəşid Məmmədəliyev, Məhərrəm İmamverdiyev, Elcan Hacıyev və Ruslan Nəsirlidən ibarət komandamız bürünc medal əldə edib.

3-cü yer uğrunda qarşılaşmada cüdoçularımız Monqolustan komandasına 3:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.