Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb. Sport24.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərin icrasında gümüş mükafat əldə edib.
Xatırladaq ki, daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar.