Bakıda keçirilən U-23 Avropa çempionatında iki qadın güləşçimiz finala vəsiqə qazanıb.

Sport24.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmada mübarizə aparacaqlar. 

Jalə Əliyeva ukraynalı Solomiya Vinnikə 3:1 hesabıyla qalib gəlib. 

Elnurə Məmmədova isə litvalı rəqibi Laura Staneliteni 7:0 hesabı ilə məğlub edib.