Azərbaycanın sərbəst güləş üzrə milli komandası Türkiyədə təlim-məşq toplanışı keçir. Sport24.az federasiyanın rəsmi saytımna istinadən xəbər verir ki, Türkiyə yığması ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb.

Komanda baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.

Qeyd edək ki, sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunda iştirak edəcəklər. Yarış dekabrın 12-də başlayacaq. Sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.