Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

 

Bu gün 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində Azərbaycan güləşçiləri qüvvələrini sınayacaqlar. 

 

Rəşad Məmmədov 1/4 finaldan mübarizəyə qoşulacaq. Digər pəhləvanlarımız isə yarışa 1/8 finaldan başlayacaq. 

 

55 kq:
Rəşad Məmmədov - Denis Mihay (Rumıniya)

63 kq:
Murad Məmmədov - Brayan Santyaqo (Danimarka)

77 kq:
Sənan Süleymanov - Şuay Mamedov (AIN) / İdris İbayev (Almaniya)

87 kq:
İslam Abbasov - Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa)

130 kq:
Beka Kandelaki - Konsta Maenpaeae (Finlandiya)