Sentyabrın 17-də İtaliyanın Pezaro şəhərində start götürəcək aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub. Sport24.az xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkənin 3 idmançısı mübarizə aparacaq.

Qadınların mübarizəsində Nurcan Cabbarlı və Dilarə Qurbanova, kişilərdə isə Vladimir Dolmatov qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına 22 ölkədən 325 idmançı qatılacaq.