Noyabrın 2-də Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə doqquzuncu ölkə birinciliyi baş tutacaq. Sport24.az xəbər verir ki, yarışda ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcək.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.