Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ikinci oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" və "Abşeron Lions" üz-üzə gələcək. 

 

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 14:00-da start götürəcək.

 

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş "bayquşlar"ın 98:93 heablı qələbəsi ilə yekunlaşıb. Final seriyasında üç qələbəyə çatan komanda çempion adına sahib çıxacaq.