İtaliya A Seriyasını tərk edəcək iki klub müəyyənləşib. Sport24.az xəbər verir ki, ötən gün 35 tur çərçivəsində evdə "Leççe"yə uduzan "Piza" turnir cədvəlində 17-ci yerə yüksəlmək şansını itirdi. Hazırda onlar 18 xalla 20-ci yerdədirlər.
Həmçinin, 19 xalla 19-cu yerdə olan "Verona" 32 xalla 17-ci yerdə olan "Leççe"yə çatmayacaq.