Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.
Matç "bayquşlar"ın qələbəsiylə başa çatıb – 98:93.
Tərəflər arasında mayın 2-də ikinci, 5-də isə üçüncü oyun baş tutacaq.
Seriyada 3 qələbəyə ən tez çatan komanda çempion adını qazanacaq.