"Fənərbağça"dan ayrılan Domeniko Tedesko İtaliyada çalışa bilər. Sport24.az xəbər verir ki, mütəxəssis "Fiorentina"da baş məşqçi postuna namizədlər arasındadır.
Bu barədə "Firenze Viola" nəşri məlumat yayıb.
"Fiorentina"ya hazırda Paolo Vanoli rəhbərlik edir.
Komanda A Seriyasında 34 turdan sonra 37 xalla 15-ci sıradadır.