Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

 

Həlledici görüş Antalya Stadionunda baş tutacaq. Matçın keçirilmə tarixi isə mayın 24-dən 22-nə salınıb.


Kubokda yarımfinal mərhələsinin oyunları keçiriləcək. "Konyaspor" "Beşiktaş"la, "Trabzonspor" isə "Gənclərbirliyi" ilə qarşılaşacaq.