"Bavariya"nın futbolçusu Aleksandr Pavloviç Çempionlar Liqasında PSJ-yə uduzduqları yarımfinal oyununu şərh edib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi 4:5 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Məğlubiyyət heç vaxt yaxşı olmur. Düşünürəm ki, azı heç-heçəyə layiq idik. Qarşıda cavab oyunu var və azarkeşlərimizin önündə oynayacağıq. Yaxşı nəticə ilə finala yüksələ bilərik".
Cavab matçı mayın 6-da, Münhendə olacaq.