Aprelin 25-26-da  Azərbaycan Basketbol Liqasında (ABL) play-off mərhələsinin cavab yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk yarımfinal seriyasının cavab oyununda "Sabah" səfərdə "Gəncə" üzərində 78:73 hesabı ilə qələbə qazanaraq, seriyada ümumi hesabı 2:0 edib və ilk finalçı olub.

 

İkinci yarımfinal seriyasının cavab oyununda "Abşeron Lions" 90:81 hesabı ilə "Neftçi"yə qalib(2:0) gəlib və üçüncü görüşə ehtiyac duyulmayıb. Belədə, "Abşeron Lions" finalda "Sabah"ın rəqibi olub.


Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.