Misli Premyer Liqasının 29-cu turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir.

 

"Qarabağ"ın mövsümü ikinci pillədə başa vuracağı heç kimdə şübhə doğurmur. Meydan sahibləri isə hədəfi avrokuklara vəsiqə qazanmaqdı. Hazırda 44 xalla 5-ci pillədə qərarlaşan "ağ-qaralar 4-cü yerdə olan "Zirə"dən bir xal geri qalır və bir oyun az keçirib. Bu səbəbdən paytaxt təmsilçisi üçün bu görüşün əhəmiyyət çox böyükdür.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

19:00. "Neftçi" - "Qarabağ" 1:3 (Birinci hissə)

Qollar: M. Qurbanlı, 9, 32, J. Montiel, 37. ; E.Bədəlov, 21.

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Bakı. "Palms Sports Arena".

 

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo

Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali