Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "Tirana"nın qonağı olub.


Görüş "Partizani"nin məğlubiyyəti ilə başa çatıb – 1:2.

 

Vüsal oyuna start heyətdə başlayıb və ikinci hissədə – 71-ci dəqiqədə əvəzlənib.


"Partizani" 33 turdan sonra 45 xalla 5-ci sıradadır.