"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya Futbol Federasiyası Gennaro Qattuzonun gedişindən sonra millinin "sükanını" Qvardiolaya tapşırmaq istəyir.
O da bildirilir ki, çoxsaylı vədlərə baxmayaraq, Qvardiola 2025/2026 mövsümünün sonunda, müqaviləsinin bitməsinə bir il qalmış (2027-ci ilə qədər) "Mançester Siti"nin baş məşqçisi postundan ayrılmaq barədə qəti qərar verib.
Qeyd edək ki, Qattuso 2025-ci ilin iyununda Spallettini əvəz edərək millinin baş məşqçisi təyin olunub. Lakin İtaliya millisi onun rəhbərliyi altında mundiala vəsiqə qazana bilməyib.