"Real"ın və Braziliya millisinin müdafiəçisi Eder Militaonun zədəsi gözləniləndən daha ciddi olub. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

 

Əvvəlcə oyunçunun mövsümün sonunu buraxacağı və dünya çempionatına qədər sağalacağı göözlənilir. Lakin indi bu planlar pozulub. Son məlumatlara görə, Militao mundialı buraxacaq.

 

Mənbənin sözlərinə görə, tibbi müayinə zamanı futbolçunun sol budunda biseps zədəsi aşkar edilib. Həkimlər daha sonra daha ciddi bir problem aşkar ediblər - müdafiəçinin dekabr ayında zədə aldığı eyni nahiyədə yırtılmış çapıq. 

 

Braziliyalını uzun müddətli sağalma tələb edən əməliyyat gözləyir. O, 2026/27 mövsümünün əvvəlindən tez yaşıl meydanlara dönə bilməyəcək. 

 

Qeyd edək ki, bu, Militaonun cari mövsümdə dördüncü zədəsidir. O, müxtəlif sağlamlıq problemləri səbəbindən 2025/26 mövsümündə 27 oyunu buraxıb.