Misli Premyer Liqasının 29-cu turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir.

 

"Qarabağ"ın mövsümü ikinci pillədə başa vuracağı heç kimdə şübhə doğurmur. Meydan sahibləri isə hədəfi avrokuklara vəsiqə qazanmaqdı. Hazırda 44 xalla 5-ci pillədə qərarlaşan "ağ-qaralar 4-cü yerdə olan "Zirə"dən bir xal geri qalır və bir oyun az keçirib. Bu səbəbdən paytaxt təmsilçisi üçün bu görüşün əhəmiyyət çox böyükdür.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

19:00. "Neftçi" - "Qarabağ"  

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Bakı. "Palms Sports Arena".