Yurgen Klopp "Real"ın baş məşqçisi postuna əsas namizəddir. Sport24.az xəbər verir ki, bu barədə insayder Ramon Alvares de Mun Sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Kral klubu" alman mütəxəssisin təcrübəsinə güvənir. Kloppun Toni Kroosla yanaşı təyinatı da daxildə müzakirə olunur və ən çox ehtimal olunan ssenarilərdən biri hesab olunur.
Mümkün transfer üçün əsas şərt Kloppun şəxsi razılığı və təklifi qəbul etmək istəyidir.
Həmçinin bildirilir ki, Klopp və Kroosun münasibətləri yaxşıdır. Onlar həmçinin Mayorkada bir-birinin yaxınlığında yaşayırlar.