Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Kəpəz"i qonaq edir. Meydan sahiblərinin heç bir turnir hədəfi qalmayıb. Ayxan Abbasovun komandası elitada yerini qoruyub, avrokuboklara isə yollanmaq şansı yoxdur. Təhlükəli zonada yer alan gəncəlilər üçün isə hazırda hər xal qızıldan qiymətlidir. Bu tur ərəfəsində turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "sarı-göylər" artıq "Qəbələ"nin nəfəsini kürəyində hiss edir. Azər Bağırovun yetirmələri "qırmızı-qaralar"ı cəmi 1 xal qabaqlayır. Mövsümün sonunda pley-off oynamamaq üçün "Kəpəz" meydandan maksimum nəticə ilə ayrılmaq məcburiyyətindədir.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

16:00. "Şamaxı" - "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı. Şəhər stadionu.