Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici matçda Yaponiya təmsilçisi "Maçida Zelvia"yanı minimal hesabla məğlub edən "Əl-Əhli" kuboku başı üzərinə qaldırıb.
Komandalar əsas vaxtda qalibi müəyyən edə bilməyiblər. Əlavə vaxtda isə Firas Əl-Buraikanın qolu Səudiyyə klubuna qələbə qazandırıb.
Qeyd edək ki, "Əl-Əhli" ardıcıl ikinci dəfə turnirin qalibi olub. Yaponiya klubu isə tarixində ilk dəfə finala yüksəlib.