"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosun Sport24.az-a müsahibəsi
- Milsi Premyer Liqasının 29-cu turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə üçün nə çatmadı?
- Komanda olaraq birləşməliyik. Yalnız bu vəziyyətdə mövcud durumu dəyişə bilərik.
- Mövsümə yaxşı başlasanız da, sonradan eniş yaşadınız. Səbəbi nədə görürsən?
- Demək çətindir. Bu, futboldur. Çempionatdakı bütün komandalar yaxşı mübarizə aparırlar. Bizim də yaxşı kollektivimiz var. Mövsüm çətin keçir. Hələ yarış bitməyib. Oyunlarımız var.
- Komandanın hədəflərinin olmaması sanki "Qəbələ" ilə matçda hiss olunurdu…
- Daha çox diqqətli oynamağa çalışırdıq. Rəqib birinci qolu vurandan sonra hər şey daha çətin oldu. Səfərdən bir xalla qayıdırıq. Daha dörd oyunumuz var.
- Gələcək karyeranızla bağlı nə düşünürsünüz. Komandada qalacaqsan?
- Bu klubda daha dörd oyunum var. "Araz-Naxçıvan"ın formasını geyinmək şərəfdir. Hələlik müqaviləm davam edir. Dörd oyunu düşünməliyəm. Qalsam, xoşbəxt olaram. Qalmasam da, bu komanda üçüj əlimdən gələni etdim.
- Adınız "Turan Tovuz"la hallanır…
- Beş ildir ki, Azərbaycandayam. Hər il bütün komandalarda mənim adımı çəkirlər. Onlarla danışmamışam.
- "Araz-Naxçıvan"la danışıq olub?
- Xeyr. Klub prezidenti ilə danışmamışam. Ona hörmətim var. Qalmaq alınsa, xoşbəxt olaram. Ayrılsam da, əlimdən gələni etdiyimi düşünürəm.
- Ümumiyyətlə Azərbaycanfa qalmaq istəyirsən?
- Bəli. Başqa ölkələrin komandaları da mənimlə maraqlanırlar. Asiya və Ərəb ölkələridir. Biz ailəmlə Azərbaycana öyrəşmişik. Burada yaşadığım müddətdə həmişə razı qalmışam.