"Qalatasaray"ın bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ məlum olub. Sport24.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlamasında deyib.

 

Turnirdə 1/8 final mərhələsinə qədər irəliləyən "cim-bom" ümumilikdə 60 milyon avro gəlir əldə edib. "Qalatasaray" 1/4 final yolunda "Liverpul"a uduzub (0:1, 0:4).