FIFA qarşıdakı dünya çempionatı ərəfəsində İran millisinin İtaliya ilə əvəzlənməsi ssenarisini nəzərdən keçirmir. Sport24.az xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası çıxış edib.
Bundan əvvəl belə təşəbbüslə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli çıxış etmişdi. O bildirmişdi ki, dördqat dünya çempionu olan İtaliya millisi seçmə mərhələdən keçmədən də turnirdə iştirak hüququ əldə edə bilər. Lakin FIFA daxilində bu ideya dəstək qazanmayıb.
İranın mundialda iştirakı ətrafında ABŞ və İsraillə münasibətlər fonunda geosiyasi gərginlik davam edir. Bununla belə, Tehranda komandanın yarışa hazır olduğu və heç bir məhdudiyyət olmadan çıxış etməyi planlaşdırdığı bildirilir.