İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun yayda keçiriləcək dünya çempionatını qazanmasını istədiyini deyib:

 

"Arzum odur ki, Ronaldo dünya çempionu olsun. Mundiala baxıb, zövq almaq istəyirəm. İnanıram ki, Portuqaliya millisi və Ronaldo üçün uğurlu yarış olacaq".

 

Portuqaliya millisi K qrupunda Özbəkistan, Kolumbiya və Konqo ilə mübarizə aparacaq.

 

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-də start götürəcək.