​"Portu"nun baş məşqçisi Françesko Farioli gələcək karyerası ilə bağlı yayılan şayiələrə nöqtə qoyub. Sport24.az xəbər verir ki, gənc mütəxəssis Portuqaliya klubundakı gələcəyi ilə bağlı qəti danışıb.

 

​Son günlər adı İngiltərənin "Çelsi" klubu ilə hallanan 35 yaşlı italyan mütəxəssisə London təmsilçisindən gələ biləcək mümkün təkliflə bağlı sual ünvanlanıb. Farioli bu iddiaları təkzib edərək, hazırkı işinə kökləndiyini bildirib:

 

"Hazırda mən Portunun baş məşqçisiyəm və burada olmaqdan çox xoşbəxtəm".


​Xatırladaq ki, cəmi 35 yaşı olan Farioli Avropanın ən perspektivli məşqçilərindən biri hesab olunur. Onun rəhbərliyi altında "Portu" uğurlu çıxışı ilə diqqət çəkərək hazırda Liqa Portuqaliyada turnir cədvəlinə başçılıq edir.