Ruben Amorim 2026/27 mövsümündə fasilə götürməyi planlaşdırır. Sport24.az xəbər verir ki, portuqaliyalı məşqçi yanvar ayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalıb.
Bildirilir ki, bir sıra klubların, xüsusilə də Premyer Liqa təmsilçilərinin marağına baxmayaraq, mütəxəssis qarşıdakı ili bacarıqlarını inkişaf etdirməyə və yeni biliklər əldə etməyə həsr etmək istəyir. Bu müddət ərzində o, özünə nümunə hesab etdiyi digər məşqçilərlə təcrübə mübadiləsi aparmağı, onların iş üsullarını öz yanaşmaları ilə müqayisə etməyi planlaşdırır.
Bununla yanaşı, Amorim planlarının yalnız xaricdən çox ciddi bir təklif gələcəyi halda dəyişə biləcəyini istisna etmir. Portuqaliyaya qayıdış nəzərdə tutulmur. Amorim fəaliyyətini xaricdə davam etdirmək istəyir.