Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir. Sport24.az xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşması İstanbulda baş tutub.

 

"Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbaxça" ilə üz-üzə gəlib. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Komanda 3:0 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, turnir cədvəlinə 74 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.

 


Türkiyə Super Liqası  
XXXI tur
21:00. "Qalatasaray" - "Fənərbaxça" 3:0
Qollar: V. Osimhen, 40, B. Yılmaz, 67-p, L. Torreyra, 83