MLS təmsilçisi "Çikaqo Fayr" transfer prioritetlərini dəyişib və artıq "Barselona"nın hücumçusu Robert Levandovskini keçidinə üstünlük vermir. Sport24.az xəbər verir ki, ABŞ klubunun rəhbərliyi bu ilin əvvəlində 37 yaşlı hücumçunun transferi üçün danışıqlar aparmağa çalışıb, lakin danışıqlar artıq dayandırılıb.
Bu mövsüm Levandovski bütün yarışlarda 41 oyun keçirib, 17 qol vurub və dörd məhsuldar ötürmə edib.
37 yaşlı hücumçunun "Barselona" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Zniş Pruşkov, "Lex", "Borussiya", "Bavariya" klublarında oynayıb.