Qadın futbolu üzrə Azərbaycan milli komandasının üzvü Nərgiz Hacıyeva Qazaxıstanda oynayacaq. Sport24.az xəbər verir ki, 25 yaşlı futbolçu bu ölkənin "Turan" klubu ilə anlaşıb.

 

O, mövsümün sonuna qədər bu
komandaya kömək edəcək.

 

Hacıyevanın sonuncu komandası "Şəfa" olub.