Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Kəpəz"i qonaq edir. Meydan sahiblərinin heç bir turnir hədəfi qalmayıb. Ayxan Abbasovun komandası elitada yerini qoruyub, avrokuboklara isə yollanmaq şansı yoxdur. Təhlükəli zonada yer alan gəncəlilər üçün isə hazırda hər xal qızıldan qiymətlidir. Bu tur ərəfəsində turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "sarı-göylər" artıq "Qəbələ"nin nəfəsini kürəyində hiss edir. Azər Bağırovun yetirmələri "qırmızı-qaralar"ı cəmi 1 xal qabaqlayır. Mövsümün sonunda pley-off oynamamaq üçün "Kəpəz" meydandan maksimum nəticə ilə ayrılmaq məcburiyyətindədir.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

16:00. "Şamaxı" - "Kəpəz" 0:0 (Birinci hissə)

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı. Şəhər stadionu.

 

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

"Kəpəz": 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov