"Qalatasaray" "Bavariya"dan icarəyə götürdüyü Saşa Boyu transfer etmək niyyətində deyil. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 25 yaşlı müdafiəçinin performansından razı deyil.
Ona görə də, Saşanın yayda "Bavariya"ya geri qayıdacağı gözlənilir.
Boyun "Bavariya" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, Almaniya nəhənginə 2024-cü ildə "Qalatasaray"dan keçib. Fransız karyerası ərzində "Renn", "Dijon" klublarında da çıxış edib.