Azərbaycanın daha bir güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, 92 kq-da mübarizə aparan Ali Tsokayev həlledici matçda bolqarıstanlı Ahmed Batayevlə qarşılaşıb.
Tsokayev finalda 5:3 hesabıyla qalib gələrək, Avropa çempionu adını qazanıb.
Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıb.