2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutacaq.
Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşacaq. Qrupun digər matçında isə İsveçrə Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
DÇ-2026
B qrupu, III tur
24 iyun
23:00. Bosniya və Herseqovina - Qətər
23:00. İsveçrə - Kanada