"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi afrikalı oyunçu Amara Diuf ilə 5 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı vinger son olaraq Seneqalda "Generation Foot" akademiyasında çıxış edib.
Diuf Seneqal yığması ilə U-17 yaş kateqoriyasında Afrika çempionu adını qazanıb və turnirdə 5 qolla bombardir olub.