İngiltərənin "Aston Villa" klubu hücumçusu Morqan Rocerslə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbəyə görə, Birmingem təmsilçisi 22 yaşlı futbolçunu yay "transfer pəncərəsi"ndə satmaq niyyətində deyil və onunla maraqlnan klublara bunu açıq şəkildə çatdırıb.

Rocerslə ən ciddi maraqlanan klubun "Arsenal" olduğu bildirilir. Bundan başqa, "Çelsi", "Mançester Yunayted" və PSJ də İngiltərə millisinin üzvünü heyətinə qatmaq istəyir.

"Aston Villa" futbolçu üçün konkret qiymət müəyyənləşdirməyib. Bununla belə, Premyer Liqanın aparıcı oyunçularının 120 milyon funt sterlinqdən yuxarı qiymətləndirilməsi Rocers üçün mümkün təklifin hansı səviyyədə olmalı olduğunu göstərir.

Qeyd edək ki, Morqan Rocersin "Aston Villa" ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.