Argentinalı hücumçu Lionel Messi gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, bu gün 39 yaşı tamam olan futbolçu insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
"Daha bir neçə il oynamağı düşünürəm. Özümü fiziki cəhətdən yaxşı hiss etdiyim və komanda yoldaşlarıma fayda verə bildiyim müddətdə işimə davam edəcəyəm".
2001-2023-cü ilərdə "Barselona"da çıxış edən Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir.
Argentinalı hücumçu hazırda ABŞ-də keçirilən dünya çempionatında iştirak edir və iki turdan sonra 5 qolla bombardirdir.