İngiltərənin "Tottenhem" klubu "Börnli"nin qapıçısı Martin Dubravkanın keçidi ilə bağlı razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, tərəflər arasında bütün detallar razılaşdırılıb və transferin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir. 36 yaşlı qapıçı azad agent statusunda "Tottenhem"ə qoşulacaq və qısa müddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, Martin Dubravka son olaraq İngiltərənin "Börnli" klubununda çıxış edib.