ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının final oyununda iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib. O, "Fox & Friends" proqramında çıxışı zamanı Trampın iyulun 19-da Nyu-Cersidə yerləşən MetLife Stadionunda keçiriləcək final matçına qatılacağını və kuboku qalib komandaya şəxsən təqdim edəcəyini açıqlayıb.
İnfantinonun sözlərinə görə, bu məsələ artıq dəqiqləşib və ABŞ prezidenti mükafatlandırma mərasimində FIFA rəhbərliyi ilə birlikdə iştirak edəcək.
Qeyd edək ki, Donald Tramp indiyədək dünya çempionatının heç bir oyununu stadiondan izləməyib. Hətta ABŞ millisinin Paraqvaya qarşı keçirdiyi ilk qarşılaşmada da tribunada yer almayıb. Buna baxmayaraq, onun final matçında iştirak edərək qalib komandaya kuboku təqdim etməsi gözlənilir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının həlledici oyunu iyulun 19-da MetLife Stadionunda keçiriləcək.