"İmişli" komandasının yeni baş məşqçisinin əcnəbi olacağı dəqiqləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bölgə təmsilçisi ispan mütəxəssislə razılıq əldə edib.

Həmin çalışdırıcının adını dəqiqləşdirmək mümkün olmasa da, onun ötən mövsüm İspaniya Sequndasında çalışdığı bildirilir.

Mənbənin məlumatına əsasən, Fərid Namazov yeni baş məşqçinin köməkçilərindən biri olacaq.

Bununla yanaşı, klub rəhbərliyi məşqçilər korpusunda təmsil olunmaq üçün yerli fiziki hazırlıq üzrə məşqçi və analitik axtarışlarını da davam etdirir.

Qeyd edək ki, ötən mövsüm "İmişli"yə portuqaliyalı mütəxəssis Jorj Kaşkilya rəhbərlik edib